Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Magistraturaya qəbul imtahanının I mərhələsi fevral ayında baş tutacaq
30.09.10 18:25

2011-2012-ci tədris ili üçün magistraturaya qəbul imtahanlarına əzrizə qəbulunun və qəbul imtahanının I mərhələsinə 2011-ci ilin fevral ayında başlanılacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı TQDK sədri Məleykə Abbaszadə verib. M.Abbaszadə bildirib ki, qəbul qaydalarına uyğun olaraq imtahanın birinci mərhələsində bakalavrların ümumi intellekt səviyyəsi, xarici dil və informatika fənni üzrə bilikləri yoxlanılacaq. M.Abbaszadə qeyd edib ki, yeni tipli testlərin tədbiqi ilə əlaqədar 2011-ci ilin yanvar ayında Bakı şəhərində respublikanın müxtəlif bölgələrində I sınaq imtahanı keçiriləcək. Növbəti sınaq imtahanları isə müntəzəm olaraq aprel ayından etibarən hər şənbə və bazar günü təşkil olunacaq. TQDK sədri vurğulayıb ki, bundan əlavə, Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında qərara uyğun olaraq rezidenturaya qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq və Tibb Universitetində tədbiq olunacaq.
URL / WWW
http://kelam.az/article/a-2088.html