Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK abituriyentlər üçün video mühazirələr hazırlayıb
30.09.10 18:25

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəzdindəki elmi-metodiki seminarlar oktyabrın 1-dən işə başlayır. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı TQDK sədri Məleykə Abbaszadə bildirib. Hazırda komissiyada 14 fənn üzrə elmi-metodiki seminarlar fəaliyyət göstərdiyini diqqətə çatdıran M.Abbaszadə bu ilə qədər seminarlarda əsas etibarı ilə Bakı və Sumqayıt şəhərlərindən olan təhsil işçiləri iştrak etdiklərini söyləyib. “Artıq Naxçıvan MR-da, Gəncədə, Lənkəranda, Şəkidə və Qubada da TQDK-nın regional bölmələri fəaliyyət göstərir. Bu bölmələrin fəaliyyətinin əsas istiqamətlərindən biri həmin bölgələrdə elmi-metodiki seminarların təşkilidir. Həmin seminarlardan internet proqramlarının tədbiqi sayəsində TQDK ilə canlı videobağlantılar qurulub”,-deyə M.Abbaszadə vurğulayıb. TQDK sədri həmçinin komissiyanın saytında abituriyenlər üçün bütün mövzuları əhatə edən riyaziyyat, fizika və kimya fənnindən video mühazirələrin də olduğunu qeyd edib. O, bildirib ki, əgər abituriyentlər göstərdikləri nəticələrə görə müəllimləri günahlandırırdılarsa, indi artıq bunker müəllimlərin hazırladığı video mühazirələri izləyib imtahana hazırlaşa bilərlər.
URL / WWW
http://kelam.az/article/a-2087.html