Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları II ixtisas qrupuna keçirilib
01.10.10 02:25

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üzrə qəbul imtahanlarına dair yeni qərarlar qəbul edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı TQDK sədri Məleykə Abbaszadə verib. TQDK sədri bildirib ki, III ixtisas qrupuna daxil olan “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları II ixtisas qrupuna keçirilib. Beləliklə, adı çəkilən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər II ixtisas qrupuna imtahan verməlidirlər. M. Abbaszadə 2011-ci ildə keçiriləcək qəbul imtahanlarında Riyaziyyat fənni üzrə test tapşırıqlarının bəzilərinin açıq tipli olacağını da söyləyib. Onun sözlərinə görə, yaxın 2-3 il ərzində qəbul imtahanlarının 125 sualın 30-35%-ni açıq tipli testlər təşkil edəcək.
URL / WWW
http://kelam.az/article/a-2086.html