Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Ermənilərin Sumqayıtda qanlı aksiyası” kitabının təqdimatı olub
01.10.10 03:22

Sumqayıtda tanınmış publisist, əməkdar jurnalist Eyruz Məmmədovun “Ermənilərin Sumqayıtda qanlı aksiyası” kitabının təqdimatı olub. Sumqayıt şəhər İcra Hakimiyyətindən KƏLAMİNFO-ya verilən məlumata görə, təqdimatda çıxış edən Sumqayıt ictimaiyyətinin nümayəndələri publisistin əməyini yüksək qiymətləndiriblər. Sumqayıtda baş vermiş hadisələr haqqında informasiyanın yayılması şəbəkəsinin yaradılması üçün maraqlı təkliflər irəli sürüblər. Bu, müəllifin həmin mövzuya ilk müraciəti deyil. Sumqayıtda çıxan “Exo Sumqayıta” qəzetinin baş redaktoru E.Məmmədov ermənilərin Sumqayıtda törətdikləri faciəli hadisələrin şahidi olub. Erməni ideologiyasının Dağlıq Qarabağ münaqişəsinin əsas mahiyyətini ifşa edən bir sıra kitab və məqalələr onun qələminə məxsusdur. O, 1988-ci il fevralın 27-29-da Sumqayıtda baş vermiş qanlı hadisələrə həsr olunmuş “Sumqayıtın əks-sədası” tammetrajlı ikiseriyalı sənədli filmin müəlliflərindən biridir. Qeyd edək ki, əməkdar jurnalist Eyruz Məmmədovun “Ermənilərin Sumqayıtda qanlı aksiyası” adlı kitabı daha əvvəl “İyirmi il sonra...” adı altında rus dilində çapdan çıxmış kitabın yenilənmiş və tamamlanmış variantıdır.
URL / WWW
http://kelam.az/article/a-2084.html