Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » SKMF Astarada tədbir keçirib
29.09.10 18:04

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Astara rayonunda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya İİN-dən veriblər. Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədi ilə müzakirələr aparılıb. Bununla əlaqədar, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Astara rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib: İntensiv sitrus və subtropik meyvəçiliyin inkişafı və soyuducu anbar komplekslərinin yaradılması, çayçılığın və kartofçuluğun inkişafının dəstəklənməsi. Bu gündən etibarən “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq, sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər. Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala bilərlər.
URL / WWW
http://kelam.az/article/a-2083.html