Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Səfər Əbiyev BQXK-nin əməliyyat rəhbəri ilə görüşüb
28.09.10 20:13

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatların rəhbəri, xanım Paskal Mej Vaqneri qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. S.Əbiyev BQXK ilə əlaqələrin genişləndirilməsini diqqətə çəkərək bildirib ki, bu beynəlxalq qurumun indiki zamanda fəaliyyətini daha da gücləndirməsinə və öz missiyasına uyğun olaraq müharibə qurbanlarının vəziyyəti ilə daha yaxından məşğul olmasına böyük ehtiyac yaranıb. Görüş zamanı S.Əbiyevlə xanım Paskal Mej Vaqner arasında əsirlərin qaytarılması məsələsi də müzakirə olunub. S.Əbiyev iki Azərbaycan hərbçisinin meyitinin geri alınması üzərində xüsusilə dayanıb.
URL / WWW
http://kelam.az/article/a-2080.html