Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Səhiyyə Nazirliyi: “Məktəblidə vəba xəstəliyi aşkar edilməyib”
04.11.09 23:13

Bakı şəhəri, Sabunçu rayonunun 67 nömrəli məktəbinin şagirdi qastrit diaqnozu ilə 5 ¹-li Uşaq yoluxucu xəstəxanasına qəbul edilib. Təlimata uyğun olaraq xəstədən nümunə götürülərək Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksiyalar laboratoriyasında müayinə edilib və xəstədə NAQ-vibrionu (Xeyberq) daşıyıcılığı aşkar edilib. Bu barədə məlumatı Səhiyyə Nazirliyi mətbuat xidmətindən veriblər. NAQ vibrionları vəba xəstəliyinin törədiciləri olmayıb, bu xəstəliklə heç bir əlaqəsi yoxdur. Bu vibrionlar yalnız kəskin bağırsaq infeksiyaları törədə bilər. NAQ vibrionunun daşıyıcılığı aşkar edildiyinə görə xəstənin oxuduğu məktəbdə adi bağırsaq infeksiyaları ocaqlarında aparılan tədbirlər həyata keçirilib.
URL / WWW
http://kelam.az/article/a-208.html