Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ATƏT-in Müşahidə Missiyasının üzvləri MSK sədri ilə görüşüblər
29.09.10 03:13

Bu gün səfir Odri Qloverin başçılıq etdiyi ATƏT-in Müşahidə Missiyasının üzvləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya MSK-nın mətbuat xidmətindən veriblər. Görüşdə M.Pənahov bildirib ki, MSK seçkilərin hazırlanması və keçirilməsi zamanı aşkarlıq prinsiplərinə riayət olunmasına böyük əhəmiyyət verir, seçki komissiyalarının fəaliyyətinin, seçki prosesinin şəffaf olması üçün bütün qanuni addımları atır. Müşhaidə Missiyasının rəhbəri Milli Məclisə seçkilərlə bağlı MSK-nın gördüyü işlərlə maraqlanıb. MSK sədri seçici siyahılarının dəqiqləşdirilməsi, seçki subyektlərinin maarifləndirmə proqramı, hazırki seçkiqabağı vəziyyət, gələcəkdə görülməsi planlaşdırılan işlər barədə qonaqlara ətraflı məlumat verib. Səfir O.Qlover bu həftənin cümə axşamı ATƏT Müşahidə Missiyasının 22 nəfər uzunmüddətli müşahidəçisinin, noyabrın 3-də isə qısamüddətli müşahidəçilərinin Azərbaycana gələcəklərini bildirib.
URL / WWW
http://kelam.az/article/a-2079.html