Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ermənistan Gürcüstanla müharibəyə hazırlaşır !
29.09.10 03:08

Bu gün Erməni İnqilabi Federasiyası (Daşnaksutyun) İrəvanda etiraz aksiyası keçirməyə başlayıb. Aksiyaçılar Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindəki ermənilərin hüquqlarının müdafiəsini və qorunmasını tələb edəcəklər. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, geniş aksiyanın təşkil olunmasına hakim dairələrdən ciddi dəstək var. Aksiya zamanı Daşnaklar Gürcüstanın İrəvandakı səfirliyinin binasına doğru yürüş edəcək, orada geniş mitinq keçirərəklər. Ermənilər “Cavax” adlandırdıqları Gürcüstanın Samtsxe-Cavaxetiyadakı ermənilərinin “hüquqları uğrunda” mübarizə apardıqlarını söyləyəcəklər. Onlar aksiya ilə bağlı “Cavax!”, “Cavaxa muxtariyyət!”, “Cavaxda erməni dilinə regional dil statusu verilsin!” və “Gürcüstanı ağıllandırmağın vaxtı çatıb!” palakatlarını hazırlayıblar. Aksiyaçıların bəyanatlarında deyilir ki, “səbr kasamız artıq dolub. Bu gün bizi Gürcüstanda ikinci Dağlıq Qarabağ yaratmaq cəhdlərində suçlayırlar. Bəs yaxşı, Gürcüstanın özündə osetin və abxaz cəbhələri yoxdurmu?! Qarabağ məsələsini atalarımız həll etdilər. Gürcüstanın hakimiyyət dairələrinin indiki siyasətinin davam edəcəyi təqdirdə isə Cavax problemini biz həll edəcəyik”. Bunu təşkilatın funksioneri Edqar Manulyan bildirib. Ermənistandakı Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyanın fikirincə, Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindəki ermənilərin tələbləri təmin edilməzsə, Tiflis gerçəkdən də ikinci Dağlıq Qarabağla qarşılaşa bilər. Gürcüstan deyəsən, unudur ki, milli azlıqların problemlərini həll etməsə kiçik müşküllər sonradan onun qarşılaşacağı böyük bəlaya dönə bilər. Gürcü məmurlar və dövlət mənsubları Samtsxe-Cavaxetiyadakı ermənilərin problemlərini görməzdən gəlmək üçün əllərindən gələni edirlər. Belə situasiya isə çox davam edə bilməz, bu qığılcım deməkdir”-deyə, S.Minasyan bəyan edib.
URL / WWW
http://kelam.az/article/a-2074.html