Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev Özbəkistana rəsmi səfərə yola düşüb
28.09.10 02:44

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Özbəkistana rəsmi səfərə yola düşüb. KƏLAMİNFO xəbər verir ki, səfər Özbəkistan prezidenti İslam Kərimovun dəvəti ilə baş tutub. Səfər zamanı Azərbaycan-Özbəkistan əməkdaşlığının genişləndirilməsi və dərinləşdirilməsi məsələləri, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq mahiyyətli aktual problemlər müzakirə olunacaq. Danışıqların yekunu üzrə iki dövlətin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsinə yönəlmiş ikitərəfli sənədlərin imzalanması planlaşdırılır. Prezident İlham Əliyev səfər çərçivəsində həmçinin Daşkənddə inşa edilən Azərbaycan Mədəniyyəti Mərkəzinin açılış mərasimində iştirak edəcək. Xatırladaq ki, dövlət başçısı İlham Əliyev sonuncu dəfə Özbəkistana 2004-cü ilin mart ayında səfər edib.
URL / WWW
http://kelam.az/article/a-2072.html