Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » MSK-da kimlər qeydə alınıb?
28.09.10 01:44

Parlament seçkiləri yaxınlaşdıqca namizədlər də öhdəliklərinə düşən işləri tezləşdirib seçki kompaniyasına başlamaq istəyirlər. KƏLAMİNFO “Seçkilər” İnformasiya Mərkəzindən bu günə qədər qeydiyyatdan keçən namizədlərin siyahısını araşdırıb. Məlum olub ki, 23 namizədin imza vərəqəsi qeydə alınıb. Qeydə alınmış namizədlər arasında bitərəf olanlar çoxluq təşkil etsələr də, hazırda millət vəkili olan bir çox tanınmış simaların adına da rast gəlmək mümkündür. YAP-dan 14 saylı Binəqədi birinci seçki dairəsindən Mehriban Əliyeva, 8 saylı Binəqədi birinci seçki daisrəsindən Oktay Əsədov, 19 saylı Nərimanov birinci seçki dairəsindən Əli Əhmədov, 99 saylı Şəmkir kənd seçki dairəsidən Məlahət İbrahimqızı, 113 saylı Şəmkir şəhər seçki dairsəindən Yaqub Mahmudov və başqa namizədlər qeydə alınıb. 35 saylı Xətai üçüncü seçki dairəsindən Ümid partiyasının sədri, “Qarabağ” blokundan İqbal Ağazadə, 37 saylı Nizami birinci (Gəncə) seçki darəsindən Tərəqqi partiyasının sədri Çingiz Sadiq, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən “İslahat” blokundan İlyas İsmayılov da qeydə alınmış namizədlər siyahısındadır.
URL / WWW
http://kelam.az/article/a-2071.html