Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair konfrans keçirilib
27.09.10 17:44

Bu gün Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Baş Prokurorluqdan veriblər. Konfransda çıxış edən Baş prokurorunun birinci müavini Rüstəm Usubov ölkədə narkomanlığın ümumi vəziyyəti, profilaktikası və onunla mübarizə sahəsində görülən tədbirlərə toxunub, prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyi üçün zəruri şəraitin yaradıldığını vurğulayıb. Tədbir iştirakçıları narkomanlığın profilaktikası, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin aşkarlanması, qeydiyyatı, müalicəsi, onların fizioloji və psixoloji asılılıqdan azad edilməsi, reabilitasiyası, gənclər arasında narkomaniyanın profilaktikasının xüsusiyyətləri, təhsil müəssisələrində narkomaniyaya qarşı görülən işlər, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə strategiyaları, dünya təcrübəsinin effektiv metodlarının ölkə təcrübəsində tətbiqi imkanları və digər mövzularda fikir mübadiləsi aparıb, problemlərin həlli və işin səmərəsinin artırılması üzrə təkliflərlə çıxış ediblər. Qeyd edək ki, konfransda AR Ali Məhkəməsi, Baş Prokurorluq, Daxili İşlər, Milli Təhlükəsizlik, Gənclər və İdman, Təhsil nazirliklərinin, Səhiyyə Nazirliyi və nazirliyin Narkoloji Mərkəzinin, Narkotiklərə və Cinayətkarlığa qarşı Milli Təbliğat ofisinin nümayəndələri iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-2069.html