Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » GVB elmi-praktik konfrans keçirib
27.09.10 18:42

Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Məktəblərdə fiziki hazırlıq üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi üzrə yeni təşəbbüslər” adlı layihə əsasında DİN-nin İdman Cəmiyyətində “Yeniyetmə və gənclər arasında idmanın əhəmiyyəti, zərərli vərdişləri, ziyanlı cəhətləri” mövzusunda elmi-praktik konfrans keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GVB-dən veriblər.Tədbirdə GVB-nin sədri Müqamət Əliyev bildirib ki, seminar və görüşlərin keçirilməsində məqsəd gənclərin milli-mənəvi tərbiyəsində İslami dəyərlərin, fiziki tərbiyəvi, dözümlülük, mərdlik, təşəbbüskarlıq və zirəkliyin aşılanmasıdır. O, əlavə edib ki, məktəblərdə fiziki hazırlıq üzrə tədrisin keyfiyyətinin yüksəldilməsinə ehtiyac var. Qeyd edək ki, tədbirdə Təhsil Nazirliyinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Məkəbinin səlahiyyətli nümayəndəsi, məşqçi Ə.Məmmədov, DİN İC-nin əməkdaşı E.Xudaverdiyev, İ.Siracov, CÜ-Cütsu karate-do Federasiyasının prezidenti, əməkdar məşqiçi M.Seyidov və digər qurumların nümayəndələri iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-2066.html