Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Moskva Bakı ilə yumşaq münasibət qurmağa məcburdur”
24.09.10 16:49

Türkiyə ilə Azərbaycan arasında yaranan yeni Strateji Əməkdaşlıqdan sonra Moskva Bakı ilə münasibətdə ən azı yumşaldıcı istiqamət götürmək məcburiyyətindədir. Bunu KƏLAMİNFO-ya müsahibəsində politoloq Cümşüd Nuriyev bildirib.
C.Nuriyevin fikirincə, Rusiya bu addımı atmasa əks təqdirdə “mərkəzdənqaçma” qüvvəsi sayəsində post-sovet məkanında nəinki Azərbaycan və digər türkdilli ölkələr Moskvadan uzaqlaşacaq, hətta Tatarıstan və Başqırdıstan kimi muxtariyyətlər də Rusiyaya baş bəlası olacaqlar. “Onsuzda hazırda Rusiya Şimal Qafqazdan, Dağıstandan bərk narahatdır. Hesab edirəm Rusiya hakimiyyətində ağıllı adamlar var və belə bir vəziyyəti dəyərləndirməyi bacararlar. Rusiya həqiqəti anlamaldır ki, NATO üzvü olan Türkiyə ilə Strateji Əməkdaşlıq Azərbaycanı regionda böyük söz sahibi edir və artıq o, Ermənistanın tayı deyil”,-deyə politoloq açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-2065.html