Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İran 11 sentyabr hadisələrində ABŞ-ı ittiham edib
25.09.10 02:49

İran prezidenti Mahmud Əhmədinejat Birləşmiş Millətlər Təşkilatını ABŞ-da baş vermiş 11 sentyabr hadisələrini tədqiq etmək üçün müstəqil qrup yaratmağa çağırıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, İran prezidenti bu terror aktının üç fərziyyəsinin olduğunu bildirib. “Birinci fərziyyəsi budur ki, bu ABŞ-ın ərazisinə böyük terror qruplaşmasının birinci müdaxiləsi olub. İkinci fərziyyəyə əsasən, ABŞ özü bu hücumu amerika iqtisadiyyatının düşməsini dayandırmaq və Yaxın Şərqdə Amerikanın təsir gücünü artrırmaq üçün edib və insanların əksəriyyəti bu fərziyə ilə razılaşır. Üçüncü versiya isə Amerika hökümətinin dəstəyi ilə hansısa terror qrupunun hücumu ilə bu hadisə törədilib”,-deyə M.Əhmədinejat vurğulayıb.
Həmçinin İran lideri 11 sentyabr hadisələrinin bu ilki ildönümündə Nyu-Yorkda Quranın yandırmasına da münasibət bildirib. O bu cür hərəkətləri yolverilməz və təhqiredici adlandırıb. İran prezidentinin çıxışı zamanı ABŞ nümayəndə heyəti tam heyətdə BMT-nin iclas salonunu tərk edib. Amerikalılardan sonra iclas zalını Fransa, Böyük Britaniya və İsrail nümayəndə heyətləri də tərk edib.
Amerika diplomatları isə öz növbələrində Mahmud Əhmədnejatin çıxışını”iyrənc və yalan” adlandırıblar.
URL / WWW
http://kelam.az/article/a-2063.html