Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Qəzaya uğrayan hərbçilərimiz dünyasını dəyişib
25.09.10 02:49

Müdafiə Nazirliyinin ā€œNā€ saylı hərbi hissəsinə məxsus hərbi maşının qəzaya uğraması nəticəsində yaralanan iki hərbçimiz dünyasını dəyişib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.
Qəza nəticəsində ağır yaralanan Azərbaycan Ordusunun hərbçiləri, Bərdə rayon sakini, 1975-ci il təvəllüdlü Məzahir Soltan oğlu Qasımov və Masallı rayon sakini, 1978-ci il təvəllüdlü Səbuhi Balağa oğlu Şirinov həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişiblər.
Digər hərbçi Bakı şəhəri, Yasamal rayon sakini, 1975-ci il təvəllüdlü Elşad Yaşar oğlu Məmmədov isə qəza zamanı hadisə yerində keçinib.
Qeyd edək ki, hadisə sentyabrın 23-ü saat 14.30 radələrində Sumqayıt-Xızı yolunda qeydə alınıb.
URL / WWW
http://kelam.az/article/a-2062.html