Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Beynəlxalq Təhsil Sərgisi-2009 keçiriləcək
05.11.09 02:11

Cari ilin 7 noyabr tarixində “Beynəlxalq Təhsil Sərgisi- 2009”a qatılan hər bir gənc bir sıra nüfuzlu xarici universitetlər haqda məlumat toplamaqla yanaşı, yerli universitetlərlə əməkdaşlıq əlaqələri də qura biləcək. Bu barədə məlumat Gənclər və İdman Nazirliyi mətbuat xidmətindən veriblər. Kaspi Təhsil Mərkəzi tərəfindən Landmark otelinin Rotunda Zalında keçiriləcək sərgidə Glasgow Universiteti (Böyük Britaniya), East Anglia Universiteti (Böyük Britaniya), Glion Ali Təhsil İnstitutu (İsveçrə), INTO (Böyük Britaniya), Study Group (Böyük Britaniya), Kendall College (ABŞ) kimi nüfuzlu universitetlər və təhsil müəssisələri iştirak edəcək. Sərgiyə qatılanlar iştirakçı universitetlər haqda ümumi məlumatla tanış olmaq, universitetlərə müraciət formaları və müddətləri, ərizələrin doldurulması qaydaları, müxtəlif pillələr üzrə təhsil formaları, bakalavr, magistr proqramları, eləcə də dil kursları haqda geniş məlumat almaq imkanı qazanacaqlar. Noyabrın 6-da bir sıra yerli universitetlər və məktəblərə də səfərlər təşkil ediləcək. Görüşdə tələbələrin universitetlərlə yaxından tanışlığı, video təqdimatların izlənilməsi, təklif olunan proqramlar haqda məlumatlandırılması və onları maraqlandıran sualların cavablandırılması təmin olunacaq. Tədbirə təxminən 3000-4000 tələbənin qatılması gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-206.html