Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Sumqayıtda tələbə adına layiq görülmüş gənclərlə görüş keçirilib
24.09.10 02:35

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayaraq tələbə adına layiq görülmüş gənclərlə görüş keçirib. Bu barədə KƏLAMİNFO-ya Sumqayıt şəhər Gənclər və İdman İdarəsindən xəbər veriblər. Görüş şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində baş tutub. Görüş iştirakçılarını əldə etdikləri nailiyyətlərə görə təbrik edən Baş İdarənin rəisi Musa Həsənov Sumqayıt gənclərinin təhsil sahəsində əldə etdiyi nailiyyətləri sadalayaraq bu sahədə şəhərin ölkənin bütün regionlarından fərqləndiyini qeyd edib. O, şəhərdə gənclərlə iş və idman sahəsində görülmüş işlər və əldə edilmiş uğurlardan danışıb. Qeyd edək ki, tədbirdə çıxış edən tələbələr və valideynlər göstərilən diqqətə, əldə etdikləri nailiyyətlərə görə, ölkə və şəhər rəhbərliyinə, təhsil işçilərinə öz minnətdarlıqlarını bildiriblər. Sonda görüş iştirakçılarına Baş İdarənin hədiyyələri təqdim edilib.
URL / WWW
http://kelam.az/article/a-2057.html