Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Binəqədi RİH-də payız-qış mövsümünə hazırlıq müzakirə olunub
23.09.10 19:35

Binəqədi rayon İcra Hakimiyyətində RİH başçısı yanında Şuranın “Rayon təsərrüfatının 2010-2011-ci illərin payız-qış mövsümünə hazırlığı ilə əlaqədar görülmüş işlər”ə həsr olunan iclası keçirilib. Bu barədə məliumatı KƏLAMİNFO-ya Binəqədi RİH-in İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Natiq Əliyev verib. Bakı Şəhər İcra Hakimiyyəti, “Azərsu” ASC, ARDNŞ, Bakı Şəhər MKTD, “Azəristiliktəchizat” ASC və Bakı Kanalizasiya Xidməti İdarəsinin nümayəndələrinin və rayonun idarə, təşkilat, müəssisə və təsərrüfat rəhbərlərinin qatıldığı iclasda RİH başçısı Alı Qocayev rayonda payız-qış mövsümünə aparılan işlərlə bağlı ümumi məlumat verib. Payız-qış mövsümünə hazırlıqla bağlı hesabat-məruzə ilə çıxış edən RİH başçısının I müavini Fizuli Aslanov 254 yaşayış binasının damlarında cari təmir işlərinin aparıldığını, zirzəmilərdə su və kanalizasiya xətlərinin təmir edildiyini, İ.Dadaşov, N.Nərimanov, S.S.Axundov, A.Gəraybəyli, Azadlıq prospekti və Naxçıvani küçələrində yerləşən binalarda 340 kodlu giriş qapılarının qoyulduğunu, 45 ədəd liftdə əsaslı təmir işlərinin aparıldığını, 10 ədəd liftin isə yenisi ilə əvəz olunduğunu bildirib. F.Aslanov 268 evdən 233-nün istilik sisteminə qoşulduğunu, qalan 35 evin sistemə qoşulması məqsədilə işlərin aparıldığını, mövsümə hazırlıqla bağlı enerji təchizat və satış idarələri tərəfindən işlərin görüldüyünü, kanalizasiya şəbəkəsinin və qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar bir çox işlərin görüldüyünü qeyd edib. Sonra qarşıda duran vəzifələrin icrası və problemlərin həlli üçün aidiyyəti qurumlara tapşırıq və tövsiyyələr verilib. Sonda təkliflər də nəzərə alınmaqla qərar layihəsi qəbul olunub
URL / WWW
http://kelam.az/article/a-2056.html