Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azay Quliyev imza vərəqələrini DSK-ya təhvil verdi
23.09.10 19:35

Azay Quliyev parlament seçkilərində iştirak etmək üçün hazırda deputat olduğu 46 saylı Şirvan seçki dairəsində imza toplama kampaniyasını başa vurub. Bu barədə məlumatı KƏLAMİNFO-ya A.Quliyevin seçki qərargahından veriblər. Müstəqil namizəd kimi seçkilərə qatılan A.Quliyevin seçki qərargahının üzvləri qısa müddət ərzində topladıqları imzaları bu gün dairə seçki komissiyasına təqdim ediblər. Azay Əjdər oğlu Quliyev 1971-ci il iyunun 23-də Zəngəzur mahalında doğulub. Həqiqi hərbi xidmətdə olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə başa vurub. Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutu və Harvard Universitetinin “Strateji idarəetmə” proqramının məzunu olub. Azərbaycan Prezidenti yanında əfv məsələləri komissiyasının, Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının üzvüdür. 1998-1999-cu illərdə Gənclər Təşkilatlarının Milli Şurasına, 1999-2008-ci illərdə isə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumuna rəhbərlik edib. 2008-ci ilin aprelindən Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədridir. 2005-ci il noyabrın 6-da 46 saylı Şirvan (keçmiş Əli Bayramlı) seçki dairəsindən deputat seçilib. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin üzvüdür. Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Fransa, Azərbaycan-İsveçrə, Azərbaycan-Gürcüstan, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Bitərəfdir, rus və ingilis dillərini bilir. Evlidir, 3 övladı var.
URL / WWW
http://kelam.az/article/a-2055.html