Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “İcra aparatlarının KİV-i cavablandırmaması aktual problemdir”
24.09.10 02:33

Hansısa bir dövlət aparatının qanunauyğun qaydada ictimaiyyətə və KİV-ə informasiya ötürmə prinsipi tələblər səviyyəsində deyilsə, deməli, o orqanın mətbuat xidməti yerində deyil və bu ictimai faciədir. Bu fikirləri Zərdabi Mətbuat Mərkəzinin (ZMM) sədri Rəhim Hüseynzadə bildirib. Məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər. O, qeyd edir ki, bu sahədə əvvəllər daha ciddi problemlər yaşansa da, hazırda omların bəziləri öz həllini tapmaqdadır. “Bunu biz şahidi olduğumuz monitorinqlərdə də görürük. Məsələn, elə qurumlar var ki, bir müddət əvvəl orada ictimaiyyətlə əlaqəli şöbə passiv işləyirdisə, artıq onların əksəriyyətində bu problem aradan qalxır. Yəni, o qurumlarda bu xidmətə rəhbərliyə peşəkarların gətirilməsinə üstünlük verilməyə başlanılıb. Əslində bu sahədə irəliləyişlərin olması zəruri haldır. Çünki, hansısa bir icra aparatının mətbuat xidməti KİV-in sorğusunu cavablandırmırsa, bu artıq cəmiyyətin aktual problemidir. Bu sahədə ölkə qanunvericiliyində kifayət qədər şərait var. Sadəcə bu xidmətdə çalışan insanların özlərində məsuliyyət hiss eləməsinə ehtiyac var. Təqdirəlayiq haldır ki, biz hər keçirdiyimiz monitorinqdən sonra mətbuat xidmətlərinin KİV-lə əməkdaşlığında artıq yüksək inkişafa şahid oluruq. Güman edirəm ki, növbəti monitorinqdə bunun davamını görəcəyik”,-deyə ZMM zədri vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2053.html