Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanlı tələbələr Avropa Gənclər Parlamentində
22.09.10 19:03

Azərbaycan Tələbələr Birliyinin üzvləri Elçin Ağai və Ataxan Həsənov Avropa Gənclər Parlamentinin II Beynəlxalq Forumunda iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ATB-dən veriblər. Beş gün davam edən Forum Gürcüstanın Batumi şəhərində keçirilib. Forum Avropa Gənclər Parlamenti və Gürcüstan hökümətinin dəstəyilə həyata keçirilib. Forum iştirakçılarına təcrübəli təlimçilər tərəfindən müxtəlif təlimlər və seminarlar təşkil edilib. Həmçinin, tədbirdə Gürcüstan hökumətinin nümayəndələri də qonaq qismində iştirak edib. Forumda Azərbaycan Tələbələr Birliyi üzvlərinin əldə etdikləri təcrübənin digər tələbələrimizlə bölüşməsi üçün müvafiq fəaliyyətlərin də həyata keçirilməsi planlaşdırılır.
URL / WWW
http://kelam.az/article/a-2046.html