Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Lənkəranda seçki kampaniyası ilə bağlı seminar keçirilib
22.09.10 19:03

Bu gün Lənkəran şəhərində “Sərbəst toplaşmaq azadlığı və seçki kampaniyası” mövzusunda seminar keçirilib. KƏLAMİNFO xəbər verir ki, 13 rayonun icra hakimiyyəti başçıları və polis şöbəsi rəislərinin birinci müavinləri, KİV-lərin təmsilçilərinin iştirak etdikləri tədbirdə çıxış edən Lənkəran şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla əlaqədar rayonda görülən işlər barədə məlumat verib. O, bildirib ki, rayonda fəaliyyət göstərən 4 seçki dairəsini əhatə edən 114 seçki məntəqəsində 109 min seçici qeydə alınıb. Deputatlığa namizədlərlə görüşlərin və digər tədbirlərin keçirilməsi üçün rayonun ərazisində 49 açıq və 46 qapalı yer müəyyənləşdirilib. Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Çingiz Əsgərov bildirib ki, Prezident Administrasiyası və Avropa Şurasının Venesiya Komissiyasının təşkilatçılığı ilə reallaşdırılan belə tədbirlər iyun və iyul aylarında Quba və Qəbələ rayonlarında təşkil olunub, həftənin sonunda isə Ali Məhkəmədə keçiriləcək. Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek, Venesiya Komissiyasının ekspertləri – Arne Mavçiç, Qari Krou, Ceyms Suini mövzu ilə bağlı çıxış ediblər. Bakı və Mingəçevir şəhərlərində jurnalistlər üçün də təlim məşğələləri keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-2045.html