Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » MSK-ya müşhaidə aparmaq üçün 255 nəfər müraciət edib
22.09.10 19:02

Bu günə qədər Mərkəzi Seçki Komissiyasına 255 nəfər müraciət edərək bütün ölkə ərazisi üzrə müşahidə aparmaq arzusunda olduğunu bildirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya MSK-nın mətbuat xidmətindən veriblər. Bütün müraciətlərə müsbət cavab verilib. MSK-da qeydə alınmış müşahidəçilərdən 27-si xüsusi icazə almış müşahidəçilərdir. Müşahidəçilərin 190-ı öz təşəbbüsü, 35-i siyasi partiyalar, 3-ü isə QHT-lərin təşəbbüsü ilə müşahidəçilik muissiyasını həyata keçirəcəklər. Bütün ölkə ərazisi üzrə müşahidə aparılmasına dair ərizələrin qəbul olunması oktyabrın 28-dək davam edəcək. Hər hansı bir seçki dairəsinin ərazisində müşahidə aparmaq istəyən şəxslər isə səsvermə gününə 5 gün qalanadək, yəni noyabrın 2-dək müvafiq seçki dairəsinin dairə seçki komissiyasına müraciət edə bilərlər.
URL / WWW
http://kelam.az/article/a-2043.html