Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsmanın əməkdaşları məhkumlarla görüşüb
23.09.10 02:02

Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Vüqar Məhərrəmov və Absələddin Əliyev Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) uzunmüddətli başçəkmə həyata keçiriblər. Ombudsman Aparatından KƏLAMİNFO-ya verilən məlumata görə, başçəkmənin məqsədi işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar hallarının qarşısının alınması üçün mövcud vəziyyətin öyrənilməsindən və qabaqlayıcı tədbirlərin görülməsindən ibarət olub. Başçəkmə zamanı 2 saylı CÇM-nin rəhbərliyi və əməkdaşları tərəfindən MPM Qrupunun üzvləri üçün lazımi şərait yaradılıb. Həmin müəssisəyə əvvəllər keçirilən baxışlarla müqayisədə hazırkı başçəkmə zamanı xeyli müsbət işlərin görüldüyü müşahidə edilib. Söhbət zamanı məhkumlar saxlanma şəraiti və onlarla rəftardan narazı olmadıqlarını bildiriblər.Eyni zamanda 2 saylı CÇM-də təbii qazın olmaması səbəbindən yataqxanaların və digər obyektlərin qızdırılması üçün qışda elektrik sobasından istifadə edildiyi, habelə əlil məhkumlara ilkin əlillik dərəcəsinin təyini zamanı aidiyyəti zona həkim ekspert komissiyaları tərəfindən çətinliklərin yaradıldığı müəyyən edilib. MPM qrupunun üzvləri cəzaçəkmə müəssisənin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verib və 2 saylı CÇM-ə səfərə dair məlumat Ədliyyə Nazirliyinə göndərilib.
URL / WWW
http://kelam.az/article/a-2042.html