Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » E.Süleymanova Aİ-nin monitorinq qrupunun nümayəndəsini qəbul edib
22.09.10 02:23

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Avropa İttifaqının monitorinq qrupunun nümayəndəsi, Cənubi Qafqaz ölkələri, Ukrayna və Moldova respublikalarında kobud rəftar və cəzasızlığa qarşı mübarizə proqramının təmsilçisi Aleksandra Xudokormoffla görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. Görüş zamanı E.Süleymanova Ombudsman tərəfindən 254 azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerinin, o cümlədən penitensiar müəssisələrin, müvəqqəti saxlama təcridxanalarının, habelə sosial obyektlərin, pansionatların, ahıllar və əlillər üçün internat evlərinin, psixiatriya xəstəxanalarının siyahısının tərtib olunduğunu, bu müəssisələrdə mütəmadi olaraq monitorinqlər aparıldığını bildirib. Qeyd edib ki, ötən il müvəkkilin MPM (İşgəncələr əleyhinə milli preventiv mexanizmlər) qrupunun səlahiyyətlərinə şamil olunduğu müəssisələr üzrə 416, 2010-cu ilin doqquz ayı ərzində isə 314 baxış keçirilib, müvafiq orqanlara sorğular göndərilib və tədbirlər görülüb. A.Xudokormoff isə Müvəkkilin çox şaxəli fəaliyyətinin, həmçinin MPM qismində gördüyü işlərin səmərəli olduğunu söyləyib. O, Cənubi Qafqaz ölkələri, Ukrayna və Moldova respublikalarında kobud rəftar və cəzasızlığa qarşı mübarizə proqramının mahiyyəti və məqsədləri, ötən ilin yanvarından həyata keçirilən bu proqramın cari ilin dekabrın 31-dək davam edəcəyini və müvafiq yekun hesabatının hazırlanacağını bildirib.
URL / WWW
http://kelam.az/article/a-2040.html