Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Katolikos-Patriarxı II İliya Bakıdadır
04.11.09 21:11

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya Bakıya gəlib. Qonağı Heydər Əliyev Beynəlxalq Hava Limanında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsinin məsul əməkdaşları, Gürcüstanın Azərbaycandakı səfiri Nikoloz Natbiladze qarşılayıb. Gürcüstan Patriarxının Azərbaycana səfərinin əsas məqsədi A.Paşazadənin anadan olmasının 60, Şeyxülislamlığının isə 30 illiyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak etməkdir. Qeyd edək ki, tədbirə qatılmaq üçün 4 qitə və 30 ölkədən 130 nümayəndənin iştirakı gözlənilir. Qonaqların arasında nazir, nazir müavinləri, müxtəlif ölkələrdən olan dini qurumların sədrləri və digər rəsmilərin olacağı gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-204.html