Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » E.Məmmədyarov Gürcüstan və Portuqaliyanın XİN başçıları ilə görüşüb
22.09.10 02:23

Nyu-Yorkda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyindən veriblər. Görüşdə ikitərəfli əlaqələrin səviyyəsi, ölkələr arasında enerji sahəsində həyata keçirilən layihələr və bu istiqamətdə perspektiv planlar və nazir E.Məmmədyarovun Gürcüstana gələcək səfəri ətrafında fikir mübadiləsi aparılıb. E.Məmmədyarov həmçinin Portuqaliyanın Dövlət Naziri, xarici işlər naziri Luis Filipe Marques Amado ilə görüşüb. Görüş zamanı ikitərəfli, xüsusilə də iqtisadi sahədə münasibətlərə dair məsələləri müzakirə edilib. E.Məmmədyarov hər iki ölkənin iş adamlarının iştirakı ilə biznes forumun keçirilməsinin mümkünlüyü barədə danışıb. Luis Filipe Marques Amado Azərbaycanı Portuqaliya ictimaiyyətinə daha geniş təqdim etmək zəruriliyini vurğulayıb. Portuqaliyalı həmkarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualını cavablandıraraq, E.Məmmədyarov münaqişənin həllinə dair aparılan danışıqlar prosesi barədə ətraflı məlumat verib. Portuqaliyalı nazir Azərbaycana səfər etməklə bağlı azərbaycanlı həmkarının dəvətini məmnunluqla qəbul edərək bu il ərzində bu səfərin gerçəkləşməsinin mümkünlüyünü qeyd edib. Sonra tərəflər bir sıra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
URL / WWW
http://kelam.az/article/a-2039.html