Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Bəzi strukturların mətbuat xidməti rəhbərləri telefona yaxın gəlmirlər”
21.09.10 02:26

“Azərbaycanda elə icra strukturları var ki, onların mətbuat xidmətləri KİV-lə əməkdaşlıqda, əlaqədə heç telefona belə yaxın gəlmirlər”. Bu fikirləri Beynəlxalq Mətbuat Klubunun keçirdiyi sorğuya cavabında “Olaylar” qəzeti və “Olaylar” İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz söyləyib. Məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər. Y.Oğuz bildirir ki, həmin strukturların mətbuat xidmətləri yalnız özlərinə xidmət edən informasiyaları, özlərinə lazım olan anda yazılı şəkildə informasiya agentliklərinə ötürməklə kifayətlənirlər. “Lakin, yaxşı ki, bu bütün qurumları əhatə etmir. Məsələn, Xarici İşlər, Mədəniyyət və Turizm, Müdafiə, Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, o cümlədən bəzi mərkəzlər səmimi şəkildə KİV-lə əməkdaşlıqda aktivdirlər. Bunu mən öz rəhbərlik etdiyim qurumun fəaliyyətində də hiss edirəm. Yəni, ümumi götürdükdə bəzi strukturların ictimaiyyətlə əlaqəli şöbəsi qapalıdır, bəzilərində isə açıqdır. Qapalı olan, KİV-lə əməkdaşlıqda axsayan mətbuat xidmətlərinin bu cür fəliyyətinin səbəbi onların rəhbər postlarında duran şəxslərdə peşəkarlığın olamamasıdır. Mən səbəbi yalnız bunda görürəm”, - deyə Y.Oğuz vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2033.html