Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Bakı DQ-la bağlı danışıqları dayandıra bilər”
20.09.10 19:26

Hazırki reallıq ondan ibarətdir ki, Dağlıq Qarabağla (DQ) bağlı danışıqlarda heç bir nəticə ortada yoxdur, əslində Ermənistandan bunu gözləmək də yersizdir. Sadəcə reallığı qəbul eləməyin vaxtı yetişib. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib. Onun sözlərinə görə, Rusiya prezidentinin Bakıya səfərindən sonra həmsədrlərin regiona növbəti səfər etsələr də vəziyyət Azərbaycan üçün dəyişməyib və bu gedişlə dəyişməyəcək də. “Bunlar hamısı görüntü xarakteri daşıyır. Bu “baş aldatma” ilə ya Azərbaycanı hansısa mürəkkəb bir vəziyyətə salmaq istəyirlər, ya da dolayı yolla məsələni dondurmaq istəyirlər. Yəni, bu gündən sonra təxminən 18- 20 il də bu problem donmuş vəziyyətdə qalsın ki, maraqlı iri güclər bundan öz diplomatiyaları üçün istifadə edə bilsinlər. Əlbbəttə, Bakı belə faktlara biganə qala bilməz. Müxtəlif səviyyələrdə öz konkret mesajlarımızı verməliyik. Necə ki, Azərbaycan prezidenti İstanbulda “Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda irəliləyişlər yoxdur“ kimi mesaj verdi. Dünya ictimaiyyətinə konkret fikirimizi bildirməliyik ki, bu cür danışıqlar sadəcə vaxt alır, heç bir mənası yoxdur. Yəni, mənasız vədlər, boş ideyalar artıq bizim də səbrimizi tükəndirir. Hesab edirəm ki, yaxın gələcəkdə də müəyyən vaxt ərzində danışıqlar bu cür davam edərsə, Azərbaycan DQ-la bağlı danışıqları dayandıracağını və heç bir görüşə qatılmayacağını bildirəcək. Bundan sonra torpaqlarımızı azad etmək üçün ciddi addımlar atmaq üçün hərəkətə keçəcək. Çünki, artıq bunun zamanı yetişib”,-deyə politoloq açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-2031.html