Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » G.Hacıbəyli Mokedoniyada AŞPA-nın iclasında iştirak edir
20.09.10 19:26

Milli Məclisin deputatı Gültəkin Hacıbəyli Makedoniyanın Skopye AŞPA-nın Miqrasiya, qaçqınlar və əhali üzrə komitəsinin iclasında iştirak edir. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirdə quruma üzv olan dövlətlərdə siyasi sığınacaq axtaran qaraçı millətinə mənsub şəxslər barədə məsələyə baxılacaq. “Makedoniyada miqrasiya və demoqrafik çağırışlar”, “Ekstradisiya hallarında qaçqınlara və miqrantlara ziyan dəyməsi hallarının qarşısının alınması”, “Himayə olunmayan azyaşlıların Avropadakı durumu” mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq. İstismar məqsədilə insan alverinə dair dinləmələr olacaq. AŞPA-nın komitə iclasında deputatımızın “Avropanın demoqrafik gələcəyi və miqrasiya” mövzusunda məruzəsinin ilkin layihəsi müzakirə ediləcək. Səfər sentyabrın 23-də başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-2030.html