Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident “BakuTel” sərgisinin açılışında iştirak edib
05.11.09 02:10

Bu gün Bakıda, Heydər Əliyev adına İdman və Sərgi Kompleksində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi öz işinə başlayıb. Sərginin açılış mərasimində ölkə başçısı İlham Əliyev də iştirak edib. Artıq dörd ilə yaxındır ki, “BakuTel” sərgisi prezident İlham Əliyevin himayədarlığı ilə keçirilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə keçirilən “BakuTel” sərgisi vasitəsilə Azərbaycana böyük şirkətlər gəlir, yeni layihələr həyata keçirilir. “BakuTel-2009” sərgisində dünyanın 16 ölkəsindən 112-dən çox şirkəti iştirak edir. Sərgidə Koreya şirkətlər qrupu, eləcə də Türkiyənin 5 şirkəti iştirak edir, bu şirkətlərin arasında ən iri rabitə operatoru sayılan “Türk Telekomunikasyon A.S.” şirkəti də var. Sərgidə Azərbaycanın İKT bazarında ilk dəfə olaraq ultra müasir texnika nümayiş olunub və bu sərginin 40%-ni təşkil edib. Sərgidə həmçinin ilk dəfə olaraq elektron sənəd dövriyyəsi sistemi olan “LanDox”, “MS Dynamics CRM”, “AX” həll variantları və telefoniya sahəsində “NAV” yeni həll variantlarının da təqdimatı olub. Ümumilikdə, sərginin ekspozisiyası çərçivəsində telekommunikasiya və şəbəkələr, geniş zolaqlı rabitə və texnologiyalar, kabel rabitəsi və simsiz rabitə, peyk rabitəsi və peyk texnologiyaları, teleradio yayım avadanlıqları və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, informasiya texnologiyaları və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank texnologiyaları və bank xidmətləri, elektron biznes və elektron hökumət sistemi təqdim olunub. “Wi-Fi” və internetə daxil olmaq üçün digər simsiz texnologiyalar da geniş şəkildə nümayiş etdirilib. Qeyd edək ki, dünyanın 26 ölkəsinin 800-dən artıq şirkəti müxtəlif vaxtlarda bu sərgidə iştirak ediblər. Sərgi noyabrın 7-nə kimi davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-203.html