Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » MŞ-da seçkilərlə bağlı kitabların təqdimatı olub
17.09.10 19:22

Bu gün Mətbuat Şurasında, Avropa Şurası (AŞ) və Azərbaycan Mətbuat Şurasının (MŞ) birgə əməkdaşlığı çərçivəsində Avropa Şurası tərəfindən nəşr edilən “Media və seçkilər” və “Seçkilərin ədalətli və balanslı işıqlandırılması” adlı kitabların təqdimatı keçirilib. KƏLAMİNFO xəbər verir ki, MŞ sədri Əflatun Amaşov çıxış edərək bildirib ki, kitablar Azərbaycanda noyabr yında keçiriləcək parlament seçkisinə dəstək məqsədilə AŞ-ın Fəaliyyət Planı çərçivəsində nəşr olunub. O, seçki öncəsi kitabların tərcümə olunaraq yayılacağını vurğulayıb. AŞ Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek seçkilərin işıqlandırılmasında medianın böyük rolunun olduğunu bildirib. O, AŞ bu kitablardan əlavə olaraq, Azərbaycan jurnalistləri üçün seçkilərin işıqlandırılması ilə bağlı Bakı və regionlarda xüsusi təlimlərin keçirilməsini nəzərdə tutduğunu vurğulayıb.Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə jurnalistlərin seçkilərlə bağlı mövcud qanunları və qaydaları bilməmələri ilə bağlı kitabların çapının əhəmiyyətli olduğunu vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2023.html