Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » BDU-da Özbəkistan prezidentinin kitabının təqdimatı olub
17.09.10 19:21

Bu gün Bakı Dövlət Universitetində (BDU) Özbəkistan prezidenti İslam Kərimovun müəllifi olduğu “Yüksək mənəviyyat- yenilməz güc” adlı kitabın Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsinin təqdimatı olub. KƏLAMİNFO xəbər verir ki, tədbirdə BDU-nun rektoru Abel Məhərrəmov kitabı Özbəkistanla yanaşı Azərbaycan üçün tarixi hadisə adlandırıb. O, qeyd edib ki, nəşrin Bakıda təqdimatının keçirilməsinə səbəb onun əhatə etdiyi mövzunun Azərbaycan mühüti ilə ortaq olmasıdır. “Eyni zamanda Özbəkistan və Azərbaycan arasında tarixi, dini və digər baxımdan yaxınlıq və sıx əməkdaşlığın olması bu gün bu kitabın BDU-da təqdim olunmasına səbəbədir. Özbəkistan prezidentinin şəxsi məhsulu olan nəşrin Azərbaycan ictimaiyyətində yayılması, ölkə başçısı İlham Əliyevin Daşkəndə səfəri ərəfisində iki ölkə arasında əlaqələrin inkişafına təkan verəcək”,-deyə rektor vurğulayıb. Özbəkistanın ölkmizdəki səfiri İsmətulla İrqaşev prezident İ.Kərimovun müəllifi olduğu nəşrin tərcüməsinə və Bakıda təqdimatına görə BDU-nun rəhbərliyinə minnətdarlığını bildirib. O, vurğulayıb ki, kitabın Azərbaycanda təqdimatı iki ölkə arasında ortaq mənəviyyatdan xəbər verir. Tədbirdə, Şeyxülislam Hacı Allahşükür Paşazadə, millət vəkilləri Hadı Rəcəbli, Qənirə Paşayeva, Eldar İbrahimov və bir sıra ölkələrin Bakıdakı səfirləri də iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-2020.html