Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ADP Quranın yandırılmasını qətiyyətlə pisləyir
17.09.10 17:27

Azərbaycan Demokrat Partiyası ABŞ vətəndaşı olan keşişin müqəddəs Quranı yandırmasını qətiyyətlə pisləyir, bu hadisəni bütün səmavi kitablara və dinlərə qarşı həqarət və provokasiya kimi qiymətləndirib. KƏLAMİNFO xəbər verir ki, bu barədə ADP-nin mətbuat xidmətinin yaydığı açığlamada deyilir. ADP hesab edir ki, aksiyasının baş tutmasında bu ölkənin adminstrasiyası da günahkardır və bu aksiyanın baş tutmaması üçün lazım olan bütün tədbirləri həyata keçirməyib.ADP son vaxtlar Avropa və ABŞ-da İslamdan qorxunun artması hallarından, İslam dininin terrorla eyniləşdirilməsi haqqında təbliğat aparılmasından və dinlərarası münaqişənin dərinləşdirilməsi istiqamətindəki cəhdlərin çoxalmasından narahatlığını bildirib. ADP bütün müsəlmanları İslama qarşı həyata keçirilən bu cür provokasiyalara səbrli yanaşmağa və dinlərarası münasibətlərə xələl gətirəcək addımlar atmamağa çağırıb.
URL / WWW
http://kelam.az/article/a-2018.html