Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən aksiya başa çatıb
17.09.10 17:27

Heydər Əliyev Fondunun dəstəyi ilə “Worldmed” klinikasında həyata keçirilən humanitar aksiya həftəsi başa çatıb. Fonddan KƏLAMİNFO-ya verilən məlumata görə, sayca üçüncü olan bu xeyriyyə həftəsində 43 uşaq üzərində əməliyyat aparılıb. Fonddan bildirilib ki, artıq ikinci ildir, bu klinikada aztəminatlı ailələrdən olan “dovşan dodaq” və “qurd ağzı” diaqnozlu uşaqlar üzərində bərpa əməliyyatları keçirilir. Bu məqsədlə indiyədək 400 uşaq müayinədən keçirilib, 200 uşaq üzərində əməliyyat aparılıb. Əməliyyatlar üz-çənə cərrahı, tibb elmlər doktoru “Worldmed” klinikasının baş həkimi Əziz Əliyev və Amerikanın Smile Train təşkilatının həkimləri tərəfindən həyata keçirilib. İki əməliyyat otağında paralel aparılan cərrahiyyə əməliyyatları gündə 5-7 uşağın fiziki qüsurunu aradan qaldırmağa imkan verib. Fondun dəstəyi ilə klinikada gerçəkləşən əməliyyatlar tam pulsuz aparılıb.
URL / WWW
http://kelam.az/article/a-2016.html