Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » “Ded Xasan”a sui-qəsd edilib
18.09.10 03:21

Rusiya kriminal aləminin lideri, “Ded Xasan” ləqəbli qanuni oğru Aslan Usoyana sui-qəsd edilib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, “Ded Xasan” öz mühafizəçisi Baqaramyan soyadlı şəxslə Tver küçəsindəki evinə gedərkən naməlum şəxs onlara atəş açıb. Ağır yaralanan Usoyan təcili yardım maşını ilə Botkin xəstəxanasına çatdırılıb. Onun xəstəxanaya aparılarkən yolda öldüyü barədə məlumatlar yayılsa da, sonradan hüquq-mühafizə orqanları bu xəbəri təkzib ediblər. A.Usoyan və mühafizəçisi cərrahiyyə əməliyyatı olunub, onların durumu barədə məlumat verilmir. Hazırda “Ded Xasan”ın əməliyyat olunduğu xəstəxana ciddi nəzarətə götürülüb, Moskva şəhər daxili işlər idarəsinin rəisi Vladimir Kolokolçev bildirib ki, cinayətkarlara başladıqları işi sona çatdırmağa imkan verilməyəcək. A.Usoyana qarşı sui-qəsd faktına qarşı görə cinayət işi başlanıb. Milislər killerin gizləndiyi mənzilə baxış keçirib və cinayət zamanı istifadə olunan silahı aşkarlayıblar. Mənzilin sahibi istintaqa cəlb olunub.Qeyd edək ki, milliyətcə yezidi kürd olan və Tiflisdə anadan olmuş Aslan Usoyana onun kriminal aləmdə əsas rəqibi, “Taro” ləqəbli Tariyel Oniani haqqında məhkəmə hökmü çıxarıldıqdan iki ay sonra sui-qəsd olunub.
URL / WWW
http://kelam.az/article/a-2012.html