Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev: “Viza məsələsi müsbət həllini tapacaq”
16.09.10 16:42

“Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğv edilməsi ilə bağlı daim məsləhətləşmələr aparılır. Əminəm ki, bu məsləhətləşmələr yaxşı nəticə verəcək”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla İltanbulda keçirdiyi mətbuat konfransında bildirib. “Keçən dəfə mən bu barədə fikirlərimi ifadə etdim ki, bu məsələ Azərbaycanda daxili prosedurlardan keçməlidir. Azərbaycanın müvafiq qurumları, nazirliklər, dövlət strukturları öz aralarında bu məsələni həll etməlidirlər. Hazırlıq işləri başa çatandan sonra əlbəttə ki, bu məsələ ikitərəfli gündəliyə salınacaq və əminəm ki, müsbət həllini tapacaq”,-deyə prezident İlham Əliyev vurğulayıb. R.T.Ərdoğan isə məsələ ilə bağlı Türkiyə tərəfindən problem olmadığını söyləyib. “Amma qardaşım, inşallah, bu məsələni ən qısa müddətdə həll edəcək. Heç narahat olmayın”,-deyə R.T.Ərdoğan vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2011.html