Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Media Akademiyasında “Mədəniyyət həftəsi” davam edir
17.09.10 02:15

“İRƏLİ” İctimai Birliyinin Media Akademiyasında “Mədəniyyət həftəsi” davam edir. “İRƏLİ”-dən KƏLAMİNFO-ya verilən məlumata görə, “Ali və Nino” mağazalar şəbəkəsinin direktoru Nigar Köçərli, Milli Kitab mükafatının II yer sahibi, yazıçı Əjdər Ol və ABŞ-ın Kaliforniya Universitetinin kitabxanaçısı Liladhar Pendtse tələbələrlə görüş keçiriblər. “Gənclər vaxtını dəyərləndirməli, çətinliklərə qarşı dözümlü olmalıdır. Deviziniz vaxt itirməmək olsun. Ən azından mütailə edin. Amma bekar qalmayın. Çünki bekar adamlar ən təhlükəli insanlardır”-deyə Əjdər Ol gəncliyə səslənib. Ə.Ol ölkəmizə gəlməkdə məqsədi Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq olan Liladhar Pendtse isə Azərbaycanlı müəlliflərin kitablarını Kaliforniya kitabxanasında yerləşdirmək istəyindən söz açıb. Görüşün ikinci yarısında tanınmış teleaparıcı Nərgiz Cəlilova və Azərbaycanın əməkdar artisti, müğənni Tünzalə Ağayeva tələbələrlə görüşə qatılıb.
URL / WWW
http://kelam.az/article/a-2010.html