Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Azərbaycanla “bir millət, iki dövlət” hökuməti strukturu yaratmaq istəyirik”
16.09.10 16:15

Türkiyə Qafqazı və Orta Asiyanı rəqabət deyil, əməkdaşlıq bölgəsi kimi qiymətləndirir. Biz türkdilli ölkələrdəki qardaşlarımızla əmədaşlığın səviyyəsinin daha da yüksəldilməsini arzu edirik. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxış edib.Ə.Davudoğlu bildirib ki, ötən il oktyabrın 3-də Naxçıvanda keçirilmiş türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə Türkdilli ölkələrin Əməkdaşlıq Şurası yaradılması qərara alınmışdı. “İndi keçirilən zirvə görüşü bu Şuranı təsis edəcək. Türkiyənin Rusiyadakı keçmiş səfiri Xəlil Akınçı katibliyi İstanbulda olacaq bu təşkilatın baş katibi olacaq. Bundan başqa, türk mədəni irsinin qorunması üzrə fond Bakıda, Türk Akademiyası isə Astanada fəaliyyət göstərəcək. Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının tərkibində türk dünyasının iqtisadi əlaqələrini istiqamətləndirəcək Türk Biznes Şurası və Türk Sığorta və İnkişaf Bankı da yaradılacaq”,-deyə Ə.Davudoğlu vurğulayıb. Ə.Davudoğlu bildirib ki, Azərbaycanla əməkdaşlığın daha da gücləndirilməsinə xüsusi əhəmiyyət verilir. Belə ki, yaradılan yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurası bu məqsədə xidmət edəcək. “Biz qardaş Azərbaycanla “bir millət, iki dövlət” hökuməti strukturu yaratmaq istəyirik”,-deyə Ə.Davudoğlu əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-2008.html