Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Binəqədi qəsəbə bələdiyyəsi sosial yardımları dayandırıb
17.09.10 02:15

Binəqədi qəsəbə bələdiyyəsi büdcədə yaranan maliyyə çətinliyi ilə bağlı müvəqqəti olaraq əhaliyə göstərilən sosial yardımları dayandırıb. Bu barədə KƏLAMİNFO-ya Binəqədi qəsəbə bələdiyyəsinin Sosial məsələlər üzrə daimi komissiyasının sədri İlhamə Şeydayeva məlumat verib. İ.Şeydayevanın sözlərinə görə, iki aya yaxındır ki, əhaliyə heç cürə yaxından kömək edə bilmirlər. Komissiya sədri ötən 5 ildə Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən əhaliyə ay ərzində 3-4 min manat sosial yardım edildiyini vurğulayıb. “Ötən dövrlər ərzində Binəqədi qəsəbə bələdiyyəsinin də gəlirləri yaxşı idi. Qəsəbə ərazisində torpaqlar əhaliyə paylanırdı. Bunun da nəticəsi olaraq əhali qəsəbə bələdiyyəsinə torpaq pulu köçürürdü. Amma indi qəsəbədə torpaq satışı dayandırıldığına görə, əhalidən yığılan torpaq vergisi hesabına bələdiyyə aparatı idarə edilir. Büdcədə yığılan pullar işçilərin məvacibinə, qəsəbənin abadlaşdırılmasına və digər məsələlərə xərclənir. Çətinliklə də olsa ay ərzində aztəminatlı ailələrə qəsəbə bələdiyyəsi 400-500 manat yardım göstərir”,-deyə İ.Şeydayeva söyləyib. Komissiya sədri Binəqədi qəsəbə bələdiyyəsinə ay ərzində sosial yardımlarla bağlı 10-dək vətəndaşın müraciət etdiyini vurğulayıb. Onun sözlərinə görə, müraciətlərə baxıldıqdan sonra əhaliyə müxtəlif cür yardımlar edilir. “Elə aztəminatlı ailələr var ki, özünə ev tikmək istəyir. Biz də o ailələrə müxtəlif tikinti materialları veririk. Hazırda qəsəbədə yaşayan bir ailənin evində baş verən qaz sızması nəticəsində ailə başçısı dünyasını dəyişib. Həmən o ailəyə də Binəqədi qəsəbə bələdiyyəsi hər ay 100 AZN yardım edir. Hər il ənənəvi olarq Qurban bayramında qəsəbədə yaşayan aztəminatlı ailələrə qurban əti paylanır”,-deyə İ.Şeydayeva əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-2007.html