Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Türkdilli ölkələrin xarici işlər nazirlərinin toplantısı olub
17.09.10 02:12

İstanbulda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşü çərçivəsində “Çırağan” sarayında Türkdilli ölkələrin xarici işlər nazirlərinin toplantısı olub. KƏLAMİNFO xəbər verir ki, toplantıdan əvvəl Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Əhməd Davudoğlunun görüşü keçirilib. Tərəflər Türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşünün əhəmiyyətini vurğulayıb, Naxçıvanda keçirilmiş IX zirvə görüşündən keçən müddətdə görülmüş işləri müsbət qiymətləndirbilər. İki ölkənin xarici siyasət idarələrinin başçıları Dağlıq Qarabağ probleminin nizama salınması ilə bağlı son vəziyyət, regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.Sonra, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov xarici işlər nazirlərinin toplantısına qatılıb. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Türkmənistan Nazirlər Kabineti sədrinin beynəlxalq əlaqələr üzrə müavini və xarici işlər naziri Rəşid Meredov, Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev və Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev toplantıda iştirak ediblər. Ə.Davudoğlu bildirib ki, xarici siyasət idarələrinin başçıları İstanbulda tarixi bir Zirvə görüşündə iştirak edirlər. Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının Baş Katibliyi yaradılır və bu qurum təhsil, mədəniyyət və sosial sahələrdə mühüm proqramlar həyata keçirəcək. Qarşıdakı illərdə türkdilli ölkələr dünyada öz güclərini daha da artıracaqlar və Türkiyə qardaş ölkələrə bütün platformalarda yardım etməyə hazırdır.
URL / WWW
http://kelam.az/article/a-2006.html