Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » ADU ilə Peruca Universiteti arasında müqavilə imzalanacaq
17.09.10 02:10

Sabah Azərbaycan Dillər Universiteti (ADU) ilə İtaliyanın Peruca Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. ADU-dan KƏLAMİNFO-ya verilən məlumata görə, müqaviləni ADU-nun rektoru, professor Səməd Seyidov və Peruca Universitetinin rektoru Stefania Giannini imzalayacaqlar. Müqavilənin məqsədi ikitərəfli əlaqələri inkişaf etdirmək, birgə seminar, dərs, görüş, konfranslar keçirmək və elmi araşdırmaları inkişaf etdirməkdir. Eyni zamanda hər iki ali təhsil ocağı arasında müəllim və tələbə mübadiləsini artırmaq, bakalavr və magistrların xaricdə təhsil proqramlarında və yay məktəblərində iştirak etmələrinə şərait yaratmaqdır. ADU-da İtalyan dili, mədəniyyəti, siyasəti, iqtisadiyyatı, tarixi, coğrafiyası və digər mövzularda müəllim, tələbələr və digər maraqlanan şəxslər üçün kurslar təşkil olunacaq.
URL / WWW
http://kelam.az/article/a-2005.html