Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » M.Brayza: “Müharibəyə həmişə qarşı olmuşam”
15.09.10 17:46

ATƏT-in Minsk Qrupunun eks amerikalı həmsədri Metyu Brayza müharibənin təkrar başlanmasına həmişə qarşı olduğunu bildirib. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, keçmiş həmsədr son zamanlar Azərbaycan və Ermənistan arasında atəşkəsin pozulmasından narahat olduğunu vurğulayıb. “Minsk Qrupunda və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini işlədiyim zaman müharibənin yenidən başlanması istiqamətində olan təhdidləri daima qınamışam”,-deyən M.Brayza münaqişənin müharibə ilə həll olunmayacağını da qeyd edib. O, ABŞ-ın Azərbaycandakı səfiri təyin ediləcəyi təqdirdə də bu fikirdə qalacağını bəyan edib. M.Brayza əlavə edib ki, Qarabağ probleminin həllində ərazi bütövlüyü ilə yanaşı, beynəlxalq hüququn digər normaları: millətlərin öz müqədəratını həll etmə məsələsi də önə çəkilməlidir. Qeyd edək ki, artıq erməni mətbuatı M.Brayzanin fikirlərinə sərt münasibət bildirib. Onlar keçmiş həmsədrin münaqişənin həllinə bu cür münasibət bildirməklə, özünü daha da çətin vəziyyətə saldığını və ABŞ-ın Azərbaycana səfir vəzifəsindəki namizədin necə də yanlış seçim olduğunu qeyd ediblər.
URL / WWW
http://kelam.az/article/a-2002.html