Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » XİN başçıları Nyu-Yorkda bir araya gələcəklər
16.09.10 03:45

Gələn həftə Nyu-Yorkda Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin (XİN) görüşü olacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə ATƏT Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke BBC-yə müsahibəsində bildirib. R.Bratke həmsədrlərin də məsləhətləşmələr üçün Vaşinqtona gələcəklərini söyləyib. “Bu məsləhətləşmələr Birləşmiş Ştatların vəzifəli rəsmiləri ilə aparılacaq. Daha sonra biz tərəflərlə görüşmək üçün Nyu-Yorka yollanacağıq”, -deyə R.Bradtke vurğulayıb. R.Bradtkenin sözlərinə görə, həmsədrlərin münaqişə ilə bağlı yeni ideyaları var. “Ötən həftə biz Bakı və Yerevanı bu ideyalarla tanış etdik. Bundan sonra sentyabrın sonlarında və ya oktyabrın əvvəllərində regiona təkrar səfər edəcəyik”, – Ameriklı həmsədr əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-2001.html