Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ACİ YF-nin seçkilər üçün maliyyə dəstəyi nəzərdə tutub
15.09.10 17:45

Açıq Cəmiyyət İnstitutu- Yardım Fondunun (ACİ YF) 2010-cu ilin strategiyasında vətəndaş cəmiyyətinin seçkilərdə iştirakının təmin edilməsi üçün maliyyə dəstəyi nəzərdə tutulub. Bu barədə məlumatı ACİ YF-dən veriblər. Müvafiq proqramın tərkibi 3 istiqamətdən ibarətdir. Birinci istiqamət seçkilərin mediada obyektiv işıqlandırılması məqsədini güdür. Fondun təşəbbüsü ilə bir sıra hazırlıq görüşlərin keçirilməsi nəticəsində “Demokratik Jurnalistika Məktəbi” İctimai Birliyi tərəfindən göndərilən layihə təklifi qəbul olunub. İkinci istiqamət seçki hüquqları pozulan şəxslərə hüquqi yardım xidmətin göstərilməsini nəzərdə tutur. ACİ-YF-un tərəfdaşı olan hüquq QHT-ləri, Azərbaycan Hüquqşünaslar Forumu və fondun ekspertləri ilə bir neçə ardıcıl görüş və məsləhətləşmələr nəticəsində, bütün rəy və təkliflər nəzərə alınmaqla İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsinin layihəsi Fondun tərəfindən təsdiqlənib. Üçüncü istiqamət ekspert qrupunun seçkilərdə vətəndaş cəmiyyətinin iştirakının qiymətləndirilməsi hesabatının hazırlanmasından ibarətdir. Belə ki, yekun rəyin hazırlanması və ictimai müzakirələrin təşkili istiqaməti üzrə Fondun qərarına əsasən ekspert qismində Ələsgər Məmmədli, Elxan Şahinoğlu və Rafael Hümbətovun namizədliyi təsdiq edilib.
URL / WWW
http://kelam.az/article/a-2000.html