Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə - 60 » Azərbaycan yazıçılar birliyi
19.10.09 14:58

Hörmətli Hacı Mirəziz Mirəsgər oğlu! Sizi – istedadlı şair və publisisti 60 yaşınızın tamam olması münasibəti ilə təbrik edirik.
Siz ədəbi yaradıcılığa tələbəlik illərindən başlamısınız. Şeirləriniz, yumorik hekayələriniz, ərəb və fars dillərindən çevirdiyiniz publisistik yazılar dövri mətbutda dərc edilmişdir. 1991-ci ildə «İmam Əlinin qısa kəlamları» adlı tərcümə kitabınız işıq üzü görmüşdür. Sonralar «İslami söhbətlər», «Allahımı belə tanıdım», «Bulud ağlamasa», «Elmin qapısı», «Divan» kitabınız çapdan çıxmış, ədəbi ictimaiyyət və oxucular tərəfindən maraqla qarşılanmışdır. 200-dən artıq elmi-publisistik məqalələrin müəllifisiniz.
Sverdlovsk Xalq Təsərrüfatı İnstitutunu və Bakı İslam Universitetini bitirmisiniz. 2004-cü ildə «İslamda həccin tarixi – mədəni və sosialsiyasi rolu» mövzusunda namizədlik dissertasiyası müdafiə etmisiniz. Astara və Masallı «Cümə» məscidlərinin axundu olmusunuz. QMİ-nin Elm vəTəhsil şöbəsinin müdiri, həmçinin Bakı İslam Universitetinin Sumqayıt şöbəsinə rəhbərlik edirsiniz. 2002-ci ildə «Kəlam» jurnalını təsis etmisiniz və baş redaktoru kimi fəaliyyət göstərirsiniz.
Hörmətli Hacı Mirəziz Mirəsgər oğlu!
Sizi bir daha 60 illik yubileyiniz münasibəti ilə təbrik edirik. Sizə uzun ömür, can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
URL / WWW
http://kelam.az/article/a-20.html