Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İcra strukturlarının KİV-lə əməkdaşlığı hansı səviyyədədir?
15.09.10 17:44

Azərbaycanda icra strukturlarının KİV və ictimaiyyətlə əməkdaşlığı sahəsində problemlərin olmasının başlıca səbəblərindən biri, ölkədə bu sahənin ənənə halını almamasıdır. Bu fikirləri Beynəlxalq Mətbuat Klubunun keçirdiyi sorğuya cavabında Beynəlaxlq Avrasiya Mətbuat Mərkəzinin (BAMM) sədri Umud Rəhimoğlu bildirib. Məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər. Onun sözlərinə görə, Sovetlər dönəmində bu sahə işlək olmadığı üçün, indiyə qədər ənənə halını almayıb. “Müstəqillik qazandıqdan sonra, xüsusilə də son dövrlər bu sahədə əvvəlki illərdən fərqli olaraq uğurlar nəzərə çarpmaqdadır. Artıq bir sıra dövlət qurumları mətbuatla ünsiyyətə kifayət qədər çevik və operativ yanaşırlar. Lakin 10-15 il bundan əvvəl belə bir şeyə rast gəlmək mümkün deyildi. Təəssüf ki, bir çox qurumlarda bu sahədə çatışmazlıqlar yaşanmaqdadır. Bu da həmin strukturda ictimaiyyətlə, mətbuatla əlaqədar sahəyə təcrübəsiz yanaşmadan irəli gəlir. Problemin özyəi ondan ibarədir ki, burada bu sahəyə mətbuatdan xəbərsiz insanları yerləşdirirlər. Əksər qurumlarda isə artıq peşəkar yanaşmalar var. Ümidvaram ki, digər strukturlar da bundan örnək götürəcək və zamanla bu problemin aradan qalxmasında aktiv olacaqlar”,-deyə BAMM sədri vurğulayıb. Jurnalist Qadınlar Assosiyasiyasının (JQA) sədri Sevil Yusifova qeyd edir ki, hazırda dövlət və digər strukturların ictimaiyyətlə əlaqəli sahələrinin KİV-lə əməkdaşlığı qənaətbəxş deyil. Onun sözlərinə görə, bu daha çox da özünü regionlarda göstərir. “Bölgələrdə rayon icra hakimiyyətlərində ictimaiyyətlə əlaqəli sahənin fəaliyyətini yerinə yetirən bölmə ümumiyyətlə sıfır vəziyyətindədir. Paytaxtın özündə də əksər nazirliklərin və digər qurumların bu sahədə fəaliyyəti o qədər normal deyil. Hazırda nisbətən informasiyaların ictimaiyyətə ötürülməsində fəal olan Xarici İşlər, Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və TQDK-nın mətbuat xidmətləridir, yəni böyük nazirliklərdir. Nisbətən xırda qurumlara, məsələn, hanısa idarəyə və ya mənzil kommunal bölməsinə gəldikdə isə, onlar üçün ictimaiyyətlə daimi əlaqə qurmaq yabanılaşıb. Çox təəssüflər olsun ki, iri qurumlarda da belələri var. Bunlardan informasiyanın KİV-ə ötürülməməsində daha çox adı hallanan Səhiyyə Nazirliyidir. Baxmayaraq ki, bu sahə gənc və müstəqil dövlət üçün həssas sahədir. Bu qurumun mətbuat xidməti nədənsə ictimaiyyətdən və KİV-dən bir növ yayınır. Kənd Təssərrüfatı Nazirliyi də bəzi KİV əməkdaşlarına informasiyanı ötürür, bəzilərinə yox. Bu da istənilən halda normal deyil. Çünki, informasiyanın ötürülməsi hansısa şəxslərə görə deyil, ümumi ictimaiyyət üçün nizamlanmaldır”,-deyə, JQA sədri açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-1998.html