Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Respublika əhəmiyyətli böyük fondun yaradılmasına eһtiayac var”
14.09.10 19:33

Arxeloji qazıntılar nəticəsində tapılan maddi mədəniyyət nümunələrinin saxlanılmasında müəyyən problemlər var. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı AMEA-nın prezidenti, akademik Mahmud Kərimov söyləyib. M.Kərimov bildirib ki, arxeoloji tapıntıları saxlamaq üçün xüsusi fondlar olmalı və bu fondlar müəyyən avadanlıqlarla təchiz olunmalıdır. Arxeoloji tapıntıların saxlanılması üçün bir neçə xırda fondların mövcudluğunu xatırladan M.Kərimov respublika əhəmiyyətli böyük fondun yaradılmasının vacib olduğunu önə çəkib. “İstəyirik ki, belə böyük fond yaradılsın və tapıntılar orada yerləşdirilsin. Bu, həm maraqlananlar, həm də alimlər üçün əhəmiyyətlidir”,-deyən M.Kərmov bu işlərin reallaşması üçün təkliflərin də olduğunu açıqlayıb. Onun sözlərinə görə, fondun yaradılması ilə bağlı təkliflər hazırlanıb və yaxın zamanlarda hökumətə təqdim olunacaq. M.Kərimov əlavə edib ki, fondun reallaşması üçün həm ərazi, həm də böyük vəsait lazımdır. O, çıxış yolu kimi tapıntıların hələlik AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və AMEA Milli Azərbaycan Tarixi Muzeyində yığıldığı və saxlanıldığını söyləyib.
URL / WWW
http://kelam.az/article/a-1994.html