Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » MDB-nin Baş prokurorları Moskvada bir araya gələcəklər
15.09.10 02:33

Sabah Moskvada MDB-yə üzv ölkələrin Baş prokurorlarının Koordinasiya Şurasının (KŞ) iclası keçiriləcək. KƏLAMİNFO MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiyanın Baş prokuroru Yuriy Çaykanın sədrliyi ilə keçiriləcək iclasda Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Ukraynanın Baş prokurorları və onların müavinləri iştirak edəcəklər. İclasda terrorizm və ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizə məsələləri müzakirə ediləcək. Bundan əlavə, KŞ-nin sədri və icraiyyə katibi seçiləcəklər.
URL / WWW
http://kelam.az/article/a-1993.html